<b>Salyanda polis adından dələduzluq edənlər kriminal avtoritetlər imiş</b> - YENİLƏNİB
05 may 2016 19:54 (UTC +04:00)

Salyanda polis adından dələduzluq edənlər kriminal avtoritetlər imiş - YENİLƏNİB

Salyanda kriminal dəstənin üzvləri saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun əldə etdiyi xəbərə görə, özünü polis əməkdaşı kimi təqdim edərək vətəndaşa hədə-qorxu gəlməklə, ondan 15 min manat alan Salyan sakini, 1997-ci il təvəllüdlü İlyasov Vaqif Şükran oğlu (kriminal aləmdə “Qoca” ləqəbi ilə tanınan kriminal avtoritet), onunla əlbir olan Salyan rayonu Arbatan kənd sakini, 1994-cü il təvəllüdlü Qasımov Kamran Tağı oğlu (bir müddət əvvəl həbs olunan kriminal avtoritet “Tağı Salyanski”nin oğlu) və 1990-cı il təvəllüdlü, 7 il həbsdə olan Məlikov Rza Əliqulu oğlu (“Krıtıy Rza” ləqəbli kriminal avtoritet) həbs edilib.  

 

R. Məlikov narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham edilir. Onun dolayısı ilə yuxarıda adıçəkilən şəxslərlə əlaqələrinin olduğu, kriminal yolla yığılan pulların xəzinədarı olduğu bildirilir.

 

Faktla bağlı Salyan polis şöbəsində araşdırma aparılır. 

 

 

***

 

04 may, saat 12:07

 

Salyanda polis adından istifadə edib dələduzluq edən şəxslər tutulub.

 

Salyan Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, özlərini polis əməkdaşı kimi təqdim edən 2 nəfər rayonun Aşağı Kürkənd kənd sakini, 2000-ci il təvəllüdlü Asiman Bəhramovu həbs edəcəyi ilə hədələyib ondan 15 000 manat pul alıb.

 

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Salyan rayon sakinləri Kamran Qasımov və Vaqif İlyasov tutulublar.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 501

Oxşar yazılar

Bakıda oteldə YANĞIN

Bakıda oteldə YANĞIN

23 avqust 2025 , 19:13
Ağdamda yanğın törədən saxlanıldı

Ağdamda yanğın törədən saxlanıldı

23 avqust 2025 , 18:23
Ağstafada "Prado" aşdı, ölən var

Ağstafada "Prado" aşdı, ölən var

23 avqust 2025 , 18:05
Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

23 avqust 2025 , 17:35
Hamilə olduğunu doğuş zamanı  öyrəndi

Hamilə olduğunu doğuş zamanı öyrəndi

23 avqust 2025 , 15:47
Ata-ana körpəni aclıqdan öldürdülər

Ata-ana körpəni aclıqdan öldürdülər

23 avqust 2025 , 15:28
Bakıda evin pəncərəsini qırıb  külli miqdarda pul apardılar

Bakıda evin pəncərəsini qırıb külli miqdarda pul apardılar

23 avqust 2025 , 13:55
Tərtərdə 3 nəfər  yol qəzasında yaralandı

Tərtərdə 3 nəfər yol qəzasında yaralandı

23 avqust 2025 , 12:10