DİN Bakıdakı ağır qəzalarla bağlı məlumat yaydı - YENİLƏNİB
04 iyun 2018 11:54 (UTC +04:00)

DİN Bakıdakı ağır qəzalarla bağlı məlumat yaydı - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Bakıda ölümlə nəticələnən yol qəzalarının baş verməsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 2-də saat 23 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində Maştağa qəsəbə sakini Musafəddin Hümbətov idarə etdiyi “ZİL” markalı avtomobillə yolu keçən 40-45 yaşlı qadını vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş həmin qadın orada ölüb.

 

Bundan başqa iyunun 2-də saat 7 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində Bakı şəhər sakini İlqar Səmədov idarə etdiyi “Nissan” markalı avtomobili yol ayırıcısına vurub və nəticədə hadisə yerində ölüb.

 

Hər iki faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

 

 

 

 

*****

 

10:22

 

Bakı şəhərində ölümlə nəticələnən yol qəzaları baş verib. Lent.az xəbər verir ki, Sabunçu rayonu Maştağa qəsəbə ərazisində "Nissan" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq maneəyə çırpılıb. Nəticədə bir nəfər vəfat edib.

 

Sabunçu rayonunda baş vermiş digər hadisədə isə 45-50 yaşlı qadın ölüb. Belə ki, "Zil" markalı yük maşını yolu keçməyə çalışan qadını vurub. Piyada hadisə yerində ölüb. 

 

Hər iki faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 460

Oxşar yazılar

Tiktoker "Əfi" yenidən HƏBS EDİLDİ  - VİDEO

Tiktoker "Əfi" yenidən HƏBS EDİLDİ - VİDEO

14 iyun 2025 , 22:27
İsrail və İranın bir-birinə atdığı raketlər Naxçıvandan görünür -VİDEO

İsrail və İranın bir-birinə atdığı raketlər Naxçıvandan görünür -VİDEO

14 iyun 2025 , 22:19
İntizam Məmmədov həbs olundu

İntizam Məmmədov həbs olundu

14 iyun 2025 , 22:02
Şəkidə yük maşını aşdı, ölən var

Şəkidə yük maşını aşdı, ölən var

14 iyun 2025 , 19:51
4 uşaq qazdan zəhərləndi, ikisi öldü

4 uşaq qazdan zəhərləndi, ikisi öldü

14 iyun 2025 , 17:45
Lənkəranda yeniyetmə dənizdə boğuldu

Lənkəranda yeniyetmə dənizdə boğuldu

14 iyun 2025 , 17:33
İrandan qarpız gətirən maşından 207 kilo narkotik  çıxdı

İrandan qarpız gətirən maşından 207 kilo narkotik çıxdı

14 iyun 2025 , 16:58
Aktyor göldə boğulub öldü

Aktyor göldə boğulub öldü

14 iyun 2025 , 16:49