[b]"Kürdəxanı təcridxanası"nın keçmiş rəisinə yeni vəzifə verildi[/b] - YENİLƏNİB
28 noyabr 2017 18:26 (UTC +04:00)

[b]"Kürdəxanı təcridxanası"nın keçmiş rəisinə yeni vəzifə verildi[/b] - YENİLƏNİB

Bakı İstintaq Təcridxanasının keçmiş rəisi Rəşid Səfərov yeni vəzifəyə təyin edilib.

 

APA-nın əldə etdiyi məlumata görə, R. Səfərov Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

 

Qeyd edək ki, Bakı İstintaq Təcridxanasının rəisi Rəşid Səfərov bir müddət əvvəl tutduğu vəzifədən çıxarılıb. Bu vəzifəyə 3 saylı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov təyin edilib.

 

**

 

16:46

 

Bakı İstintaq Təcridxanasının rəisi işdən çıxarılıb.

 

APA-nın əldə etdiyi xəbərə görə, Bakı İstintaq Təcridxanasının rəisi Rəşid Səfərov tutduğu vəzifədən azad olunub.

 

Bu vəzifəyə 3 saylı istintaq təcridxanasının rəisi Elnur İsmayılov təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 682

Oxşar yazılar