Yasamal rayonu, Mətbuat prospektində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın xəbərinə görə, 23 yaşlı Emin Yarıyevin idarə etdiyi “Mercedes” markalı avtomobil, idarəetməni itirərək, 60 yaşlı Ramiz Nəsirovun idarə etdiyi “Toyota” markalı avtomobilə çırpılıb. Nəticədə “Mercedes”in sürücüsü baş nahiyəsindən yüngül xəsarət alıb. Hadisə yerinə Yasamal Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları gəliblər.
Hadisə üzrə Yol Patrul Xidmətinin inspektoru Azər Kazımovun APA-ya verdiyi məlumata görə, qəzaya səbəb “Mercedes” markalı avtomobilin yolun hərəkət hissəsinin əks istiqamətinə çıxması olub.
Faktla bağlı Yasamal Rayon Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır.