“Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə dəyişiklik edildi <span style="color:red;">- SƏRƏNCAM
04 may 2015 18:34 (UTC +04:00)

“Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə dəyişiklik edildi - SƏRƏNCAM

 

Prezident İlham Əliyev “Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi ilə bağlı sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"ni "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 973-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 453, № 12, maddə 731; 2004, № 10, maddə 760; 2005, № 4, maddə 280, № 10, maddələr 871, 872; 2006, № 10, maddə 846, № 11, maddə 927; 2007, № 8, maddə 756, № 11, maddələr 1073, 1081; 2008, № 3, maddə 155, № 10, maddə 882; 2009, № 2, maddə 48, № 6, maddə 399; 2010, № 3, maddə 171, № 4, maddə 273, № 12, maddə 1057; 2011, № 1, maddə 13, № 2, maddə 71; 2013, № 5, maddə 462) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 135-ci maddəsinin 8-ci bəndində "vətəndaşlığından çıxdıqda" sözləri "vətəndaşlığına xitam verildikdə" sözləri ilə əvəz edilsin.

 

lham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 aprel 2015-ci il. ”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 282

Oxşar yazılar