27 yaşlı qız faciəvi şəkildə öldü
28 mart 2013 11:49 (UTC +04:00)

27 yaşlı qız faciəvi şəkildə öldü

Martın 27-də axşam saatlarında Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Bərdə-Ağcabədi yolunda naməlum avtomobil 1986-cı il təvəllüdlü Gözəlova Günel Səfər qızını vurub. 27 yaşlı qız hadisə yerindəcə keçinib.

 

Məlumata görə, G.Gözəlovanı vuran avtomobil hadisə yerindən yayınıb. G.Gözəlovaya gəlincə, onun yeni ailə həyatı qurduğu, 1 övladının qaldığı bildirilir.

 

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2608

Oxşar yazılar