Xaçmazda  valideynləri boşanan qız   özünü körpüdən atdı
15 iyul 2022 11:01 (UTC +04:00)

Xaçmazda valideynləri boşanan qız özünü körpüdən atdı

Xaçmazda intihara cəhd olub.

Lent.az xəbər verir ki, hadisə Xudat şəhərində baş verib. 16 yaşlı qız özünü dəmiryolu körpüsündən atıb. O, dərhal Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin məlumata görə, yeniyetmənin ayaqları sınıb.

Hadisəyə səbəb kimi, ailə münaqişəsi göstərilir. Qızın ailəsi bir müddət əvvəl boşanıb. Məhkəmə qızı anasına versə də, o, atasında qalmaq istəyib.

# 2616
avatar

Mehman Nəbiyev

Oxşar yazılar