Xaçmazda minik avtomobilləri toqquşdu: yaralılar var
18 avqust 2024 19:01 (UTC +04:00)

Xaçmazda minik avtomobilləri toqquşdu: yaralılar var

Xaçmaz-Niyazabad kənd yolunda minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, "Toyota Prado" markalı avtomobil qarşıdan gələn "VAZ 21 07"-yə çırpılıb.

Hadisə zamanı Xaçmaz rayon sakinləri 1995-cı il təvəllüdlü A.Qurbanova, 1996-cı il təvəllüdlü N.Qurbanova, 1987-ci il təvəllüdlü E.Qurbanov, 2014-cü il təvəllüdlü İ.Qurbanzadə və Bakı sakini 1992-ci il təvəllüdlü L.Hümbətzadə xəsarətlər alıb.

Onlar Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Hazırda fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 687
avatar

Oxşar yazılar