Banqladeş Ordusu ölkədə etiraz aksiyaları və hakimiyyət dəyişikliyi fonunda həyatlarından qorxan 626 vətəndaşa sığınacaq verib.
Lent.az-ın xəbərinə görə, bu barədə Banqladeş Ordusunun mətbuat xidməti məlumat yayıb.
Bunların arasında 24 siyasətçi, 5 hakim, 19 vəzifəli şəxs, müxtəlif vəzifələr tutan 500-dən çox polis, o cümlədən 12 nəfər digər peşə sahibləri, dövlət universitetlərinin rəhbərləri var. Həmin şəxslər hərbi şəhərciklərdə yerləşdirilib.
Qeyd edilib ki, ölkədə təhlükəsizliklə bağlı durum yaxşılaşdığı üçün 615 nəfər artıq öz təşəbbüsü ilə sığınacaqları tərk edib, 4 nəfər haqlarında ittihamlar olduğu üçün hüquq-mühafizə orqanlarına təhvil verilib.