Qaxda qəza: Türkiyə vətəndaşı  yaralandı -YENİLƏNİB
18 avqust 2024 18:30 (UTC +04:00)

Qaxda qəza: Türkiyə vətəndaşı yaralandı -YENİLƏNİB

Xəbərə foto əlavə edilib.

***

saat 17.31

Qaxda "Mercedes Vito" markalı mikroavtobus və “Lexus” markalı minik avtomobili toqquşub.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Türkiyə vətəndaşının xəsarət alması ilə nəticələnən yol qəzası saat 15.00 radələrində şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusla “Lexus” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Türkiyə vətəndaşı Muhammed Sağlam müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Muhammed Sağlam Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1164
avatar

Oxşar yazılar