Sərhədi paraşütlə keçən terrorçular belə məhv edildilər - VİDEO
18 avqust 2024 22:07 (UTC +04:00)

Sərhədi paraşütlə keçən terrorçular belə məhv edildilər - VİDEO

Türkyənin Şırnak vilayətində İraqla səhədi pozaraq motorlu paraşütlə ölkəyə keçmək istəyən 4 terrorçu məhv edilib.

APA xəbər verir ki, bu haqda məlumatı Türkiyənin daxili işlər naziri Əli Yerlikaya öz sosial media hesabında paylaşıb.

Məlumatda bildirilir ki, Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığına aid “AKINCI” PUA-sı tərəfindən 4 nəfərin motorlu paraşütlə sərhədi pozaraq Türkiyəyə keçdiyi müəyyən olunub.

Terrorçular düşdükləri yerdə məhv ediliblər. Onların üzərindən 2 ədəd M-16 avtomat silahı, 2 ədəd M-4 avtomat silahı, 2 mobil telefon, 1 lazer məsafə ölçən, 1 ədəd “Glock” tipli tapança, 3 ədəd güllə darağı, 6 batareya bloku, 1 motosiklet akkumulyatoru və digər şeylər aşkarlanaraq götürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 840
avatar

Oxşar yazılar