Binada liftdə qalanlar belə xilas edildi-VİDEO
18 avqust 2024 14:48 (UTC +04:00)

Binada liftdə qalanlar belə xilas edildi-VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, General Şıxlınski və Yasamal rayonu, Məhəmməd Xiyabani küçələrində doqquzmərtəbəli yaşayış binalarının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

Lent.az-ın xəbərinə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in müvafiq olaraq Bakı Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə liftlərin qapısı açılaraq köməksiz vəziyyətdə qalan ümumilikdə 3 nəfər xilas edilib.

Binada liftdə qalanların xilas edilməsi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 609
avatar

Oxşar yazılar