Vilayət Eyvazovdan arvadını güllələyən polislə bağlı ƏMR
01 oktyabr 2021 12:44 (UTC +04:00)

Vilayət Eyvazovdan arvadını güllələyən polislə bağlı ƏMR

Bakıda arvadını öldürən polis daxili işlər orqanlarından xaric edilib.

Lent.az-ın məlumatına görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Nizami rayon Polis İdarəsinin Post Patrul Bölüyünün polis nəfəri İsmayıl Məmmədov daxili işlər orqanlarından xaric edilib. 

İ.Məmmədov bu gün məhkəmə qarşısına çıxarılacaq. Onun barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir. 

Qeyd edək ki, İsmayıl Məmmədov 24-cü Polis Şöbəsinə ondan şikayətə gələn arvadı, 26 yaşlı Xanım Məmmədovanı tabel silahı ilə güllələyərək öldürüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9489
avatar

Mehman Nəbiyev

Oxşar yazılar