Vilayət Eyvazov Kamran Əliyevi  işdən çıxardı
27 mart 2024 16:19 (UTC +04:00)

Vilayət Eyvazov Kamran Əliyevi işdən çıxardı

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi, polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Lent.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, xidmətdə olmanın son yaş həddinə görə Kamran Əliyev tutduğu vəzifədən azad edilib və təqaüdə göndərilib.

# 10797
avatar

Oxşar yazılar