Rusiyanın paytaxtı Moskvada uşaq binadan yıxılaraq, ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə avqustun 10-da İzyumskaya küçəsindəki bir binada baş verib.
İlkin məlumata görə, 3 yaşlı oğlan uşağı mənzildə qapını özü açıb. Daha sonra o, beşinci mərtəbədəki pilləkən qəfəsinə çıxıb. Orada stolun üstünə çıxaraq pəncərəyə çatıb və yıxılıb.
Hadisə zamanı uşağın anası mənzildə olub. Uşağı xilas etmək mümkün olmayıb.