"Dedi ki, uşaqlara sən bax" - Arvadını öldürən azərbaycanlı DANIŞDI  - YENİLƏNİB
04 noyabr 2025 15:20 (UTC +04:00)

"Dedi ki, uşaqlara sən bax" - Arvadını öldürən azərbaycanlı DANIŞDI - YENİLƏNİB

0

Türkiyədə arvadını öldürən azərbaycanlı gənc ifadə verib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisəni törədən 27 yaşlı Salican Mehmet ifadəsində cinayətin səbəbini açıqlayıb. O, psixoloji problemlərinin olduğunu qeyd edib.

Onun sözlərinə görə, arvadı, 20 yaşlı Arzu Xəlilova alış-verişə gedəcəyini, buna görə də 3.5 və 2 yaşlı qızlarına onun baxmalı olduğunu deyib. Salican da bundan hiddətlənib və bıçaqla arvadına hücum edib.

Qeyd edək ki, 75 bıçaq xəsarəti alan Arzu xəstəxanada ölüb. Hadisədən sonra Salican Mehmet əlindəki bıçaqla birgə polis tərəfindən ələ keçirilib. Məlumata görə, cütlük 4 ildir ki, bir yerdə yaşayırmışlar. Araşdırma zamanı qatilin əvvəllər narkotik vasitələr və qanunsuz olaraq silah saxlama, həmçinin Arzu Xəlilova yetkinlik yaşına çatmadığı halda onunla cinsi əlaqədə olduğu üçün ittiham olunduğu üzə çıxıb.

***
3 noyabr, saat: 19:49

Bursada Rusiya vətəndaşı 20 yaşlı Arzu Xəlilovaya azərbaycanlı sevgilisi 27 yaşlı S.M. 75 bıçaq zərbəsi vurub.

Lent.az-ın Türkiyə KİV-nə istinadla xəbərinə görə, hadisə noyabrın 3-də yerli vaxtla saat 15 radələrində Yıldırım rayonunun Değirmenlikızık məhəlləsindəki 2-ci Birol küçəsindəki bir evdə baş verib. Birlikdə yaşayan Arzu Xəlilova ilə sevgilisi S.M. arasında mübahisə tez bir zamanda davaya çevrilib. 

Dava zamanı S.M. Xalılovaya bıçaqlamağa başlayıb. Qonşular evdən gələn səsləri eşidib xəbər verdikdən sonra hadisə yerinə polis və təcili yardım işçiləri göndərilib. Əlində bıçaq olan S.M. saxlanılıb. Bədəninin müxtəlif yerlərində 75 bıçaq zərbəsi alan Arzu Xəlilova təcili yardım maşını ilə xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1952

Oxşar yazılar