Toya görə iki şadlıq sarayı rəhbərinə cinayət işi açıldı
30 noyabr 2021 11:49 (UTC +04:00)

Toya görə iki şadlıq sarayı rəhbərinə cinayət işi açıldı

Noyabrın 29-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 177 toy şənliyinin monitorinq keçirib.  

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, monitorinq 173 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; 

- 2 obyekt sahibi barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb;

- 91 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

# 1212
avatar

Mehman Nəbiyev

Oxşar yazılar