Tovuzda ağır qəza:  5 nəfər yaralandı
06 aprel 2024 20:18 (UTC +04:00)

Tovuzda ağır qəza: 5 nəfər yaralandı

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb. Hərəkətdə olan "Mersedes Vito" markalı mikroavtobusla "VAZ-2106" toqquşub.

Qəza zamanı 5 nəfər - 1993-cü il təvəllüdlü Rafiq Məmmədov, 1994-cü il təvəllüdlü Günel Məmmədova, 1993-cü il təvəllüdlü Xəyalə Əliyeva, 2018-ci il təvəllüdlü Fatimə Məmmədova və 2017-ci il təvəllüdlü Mələk Məmmədova müxtəlif bədən xəsarətləri alıb.

Toqquşmadan sonra mikroavtobus yoldan çıxaraq yüksək gərginlik xəttinə çırpılıb, nəticədə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Əraziyə “Azərişıq” əməkdaşları cəlb olunub, elektrik enerjisinin bərpası istiqamətində işlər gedir. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

# 2037
avatar

Oxşar yazılar