Toğanalı-Kəlbəcər yolu hərəkətə açıldı -YENİLƏNİB  -FOTO
06 dekabr 2022 00:09 (UTC +04:00)

Toğanalı-Kəlbəcər yolu hərəkətə açıldı -YENİLƏNİB -FOTO

Ötən gün axşam saatlarında bağlanmış Toğanalı-Kəlbəcər yolunda hərəkət bərpa olunub.

Lent.az APA-ya istinadla xəbər verir ki, əraziyə cəlb olunmuş DYP əməkdaşları yoldakı problemi aradan qaldırıblar. 
 

***

23.16

Toğanalı-Kəlbəcər yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində  nəqliyyat vasitələrinin hərəkəti dayanıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, yolun bağlanmasına səbəb ötən gündən yağan qarın buz bağlaması nəticəsində MAN markalı yük avtomobilinin sürüşməsi olub. Yük maşının yolun mərkəzi hissəsində hərəkətsiz qalması hərəkəti dayandırıb.

Hazırda müvafiq qurumların əməkdaşları əraziyə cəlb olunub. Hərəkətin bərpa olunması istiqamətində işlər aparılır. Qeyd edək ki sözügedən yol artıq buz bağlayıb. 
 

# 4242
avatar

Oxşar yazılar