Tələbə traktoru dərəyə aşırdı: Ata öldü  - FOTO - YENİLƏNİB
06 iyun 2022 10:32 (UTC +04:00)

Tələbə traktoru dərəyə aşırdı: Ata öldü - FOTO - YENİLƏNİB

İsmayıllıda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, iyunun 5-i günorta saatlarında İsmayıllı rayonu, Hacıhətəmli kəndi ərazisində 22 yaşlı Ata Əliyevin idarə etdiyi traktor yoldan çıxaraq dərəyə aşıb.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, traktorda olan sərnişin, Hacıhətəmli kənd sakini Əfqan Əhmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

***

5 may, saat 23:58

Bakı Dövlət Universitetinin (BDU) tələbəsi vəfat edib.

Lent.az-ın xəbərinə görə, Coğrafiya fakültəsinin 4-cü kursunda təhsil alan Əliyev Ata Şahin oğlu bu gün yol-nəqliyyat hadisəsi zamanı həlak olub.

Allah rəhmət eləsin!
 

# 6021
avatar

Mehman Nəbiyev

Oxşar yazılar