Tanınmış reper həbs edildi - YENİLƏNİB
16 iyul 2025 18:02 (UTC +04:00)

Tanınmış reper həbs edildi - YENİLƏNİB

Polis tərəfindən saxlanılan "EPİ" ləqəbli reper Əkbər Novruzlu həbs edilib.

Lent.az xəbər verir ki, o, İnzibati Xətəalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) və 510-cu (Xırda xuliqanlıq) maddələri üzrə inzibati qaydada 30 sutka müddətinə azadlıqdan məhrum edilib.

***

saat 14:00

"EPİ" ləqəbi ilə tanınan reper Əkbər Novruzlu saxlanılıb.

Lent.az xəbər verir ki, onun saxlanılmasına Bakıda keçirilən tədbirdə səsləndirdiyi rep səbəb olub.

Belə ki, "EPİ" ictimai tədbirdə ifa etdiyi həmin repdə söyüş və əxlaqsız ifadələrdən istifadə edib.

Sosial şəbəkə istifadəçiləri onu buna görə şiddətlə qınayıblar. 

Polis tərəfindən saxlanılan reperin məhkəməyə çıxarılacağı gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1060

Oxşar yazılar