Şuşada mikroavtobus aşdı:  çox sayda yaralı var
21 sentyabr 2024 22:14 (UTC +04:00)

Şuşada mikroavtobus aşdı: çox sayda yaralı var

Şuşada ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Turşusu ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Ford Transit" markalı mikroavtobus idarəetməni itirərək yol kənarında aşıb. Hadisə nəticəsində sürücü daxil olmaqla, 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Xankəndi Şəhər Mərkəzi Xəstəxanası çatdırılıb.

Faktla bağlı Şuşa rayon polis şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3423
avatar

Oxşar yazılar