Sumqayıtda avtomobildən meyit tapılması ilə bağlı bir sıra təfərrüat üzə çıxıb.
Lent.az xəbər verir ki, 50 yaşlı Sahib Lətif oğlu Məmmədovun meyiti idarə etdiyi “Mercedes” markalı avtomobilin sükanı arxasından tapılıb.
Məlumata görə, mərhum əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkumluq həyatı yaşayıb. Onun hansı səbəbdəb qəfil ölməsi hələlik bilinmir.
Araşdırma aparılır.
***
3 mart, 2025-ci il, saat: 22:04
Sumqayıtda 50 yaşlı kişinin meyiti tapılıb.
APA xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayonu ərazisində qeydə alınıb.
Belə ki, 1975-ci il təvəllüdü Sahib Məmmədovun meyiti avtomobilində aşkarlanıb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.