Sumqayıtda  DƏHŞƏTLİ QƏZA:  ölən var - YENİLƏNİB
10 mart 2021 16:09 (UTC +04:00)

Sumqayıtda DƏHŞƏTLİ QƏZA: ölən var - YENİLƏNİB

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Sumqayıtda baş verən qatar qəzası ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün saat 13:20-də 10 çən vaqonu manevr teplovozu ilə Sumqayıt Çay Stansiyasına gətirilərkən qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərən Maarif Valeh oğlu Lazımovun idarə etdiyi mikroavtobusla toqquşub: “Hadisə nəticəsində qatar tərtibatçısı Murtuz Aleksey oğlu Abdullayev dünyasını dəyişib. Hadisənin baş vermə səbəbi müvafiq orqanlar aidiyyəti üzrə araşdırılacaq və hüquqi qiymət verəcək”.

***

15:27

Sumqayıtda yük qatarı ilə sərnişin avtobusu toqquşub.

APA xəbər verir ki, hadisə zamanı bir nəfər ölüb.

Hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb olunub.

Əlavə məlumat veriləcək.

 

# 14235
avatar

Oxşar yazılar