Sumqayıtda ağacları kəsənlərə cinayət işi açıldı
29 may 2021 14:03 (UTC +04:00)

Sumqayıtda ağacları kəsənlərə cinayət işi açıldı

Bəzi kütləvi informasiya vasitələrində Sumqayıtda qanunsuz olaraq 2 ağacın kəsilməsi nəticəsində 2 min 700 manat məbləğində ziyan dəyməsi barədə məlumatlar yayılıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumatda bununla bağlı bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müraciəti əsasında Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılıb. Müəyyən edilib ki, Sumqayıt şəhəri, Sülh küçəsində köküstə yaş halda 1 ədəd sərv və 1 ədəd şam ağacları kəsilib məhv edilmiş və nəticədə  təbiətə 3 min manat məbləğində ziyan dəyib.

Mayın 29-da fakta görə Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi) maddəsi ilə cinayət işi başlanıb. İstintaqın aparılması şəhər Polis İdarəsinin İstintaq şöbəsinə tapşırılıb.

Hazırda iş üzrə istintaq aparılmaqla təqsirkar şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri təmin ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2183

Oxşar yazılar

Gəncədə kişi özünü asdı

Gəncədə kişi özünü asdı

5 aprel 2025 , 10:10
Masallıda narkotik satan saxlanıldı: heroin, "patı", tiryək...

Masallıda narkotik satan saxlanıldı: heroin, "patı", tiryək...

5 aprel 2025 , 09:32
4 ay əvvəl itkin düşən balıqçının meyiti tapıldı

4 ay əvvəl itkin düşən balıqçının meyiti tapıldı

5 aprel 2025 , 09:26
Sumqayıtda mənzildən kişi meyiti  tapıldı

Sumqayıtda mənzildən kişi meyiti tapıldı

5 aprel 2025 , 08:42
Sabirabadda avtomobil at arabası ilə  toqquşdu, 3 nəfər xəsarət aldı

Sabirabadda avtomobil at arabası ilə toqquşdu, 3 nəfər xəsarət aldı

5 aprel 2025 , 02:29
Bundesliqa:  Lider 3 xalı 3 qolla qazandı

Bundesliqa: Lider 3 xalı 3 qolla qazandı

5 aprel 2025 , 01:41
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

4 aprel 2025 , 19:35
Bakıda kişi faciəvi   şəkildə öldü

Bakıda kişi faciəvi şəkildə öldü

4 aprel 2025 , 18:47