Sumqayıtda mənzildən meyit tapılması ilə bağlı təfərrüat məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, meyiti tapılan 49 yaşlı Nurəddin Quliyevin özünü asaraq, həyatına son qoyduğu müəyyən edilib. Ancaq intiharın hansı səbəbdən baş verdiyi bəlli deyil.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
***
15:59
Sumqayıtda evdən kişi meyiti tapılıb.
Lent.az xəbər verir ki, hadisə Xəzər bağları yaşayış massivində qeydə alınıb.
49 yaşlı Nurəddin Quliyevin meyiti yaşadığı ünvanda aşkarlanıb.(APA)