Oğurlanan sayğac
19 noyabr 2021 16:25 (UTC +04:00)

Oğurlanan sayğac

Su sayğaclarını oğurlayıb "metallom"a satdılar - VİDEO

Binəqədi rayonunda müxtəlif ünvanlarda “Azərsu”nun quraşdırdığı 11 ədəd su sayğacını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Binəqədi qəsəbəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Teymur Allahverdiyev tutularaq istintaqa təqdim edilib.

O, ifadəsində oğurladığı sayğacları hissələrə ayıraraq metal qəbulu məntəqələrinə satdığını bildirib. Oğurlanan sayğaclardan bir qismi saxlanılan şəxsdən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Teymur Allahverdiyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Binəqədi rayon Polis İdarəsinə, ərazi üzrə polis orqanlarına, həmçinin "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin rəsmi sosial şəbəkə hesablarına  məlumat verə bilərlər.

Bakıda sayğaclar oğurlandı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1383
avatar

Mehman Nəbiyev

Oxşar yazılar