Sosial evlərlə bağlı ŞOK DƏLƏDUZLUQ:  Yarım milyondan çox...
15 oktyabr 2021 19:00 (UTC +04:00)

Sosial evlərlə bağlı ŞOK DƏLƏDUZLUQ: Yarım milyondan çox...

Bakıda sosial ev almaq istəyənlərə qarşı dələduzluq edən qadın cinayət məsuliyyətinə cəlb edilib.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, aparılmış istintaq-əməliyyat tədbirləri ilə məlum olub ki, Məmmədova Günay Ənvər qızı Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan sosial binalardan mənzillərin ayrılması üçün 2019-2020-ci illər ərzində müraciət etmiş ayrı-ayrı şəxslərə guya Agentliyin vəzifəli şəxslərinə rüşvət verilməsi müqabilində güzəştli şərtlərlə mənzillərin verilməsinə köməklik göstəriləcəyi barədə yalan vəd verib. Bununla ümumilikdə 46 nəfər şəxsə məxsus cəmi 703 min 700 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Onun əməlləri barədə daxil olmuş çoxsaylı vətəndaş müraciəti əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında  Günay Məmmədovaya Cinayət Məcəlləsinin 178.4 (dələduzluq- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə vurulmuş maddi ziyanın 134 min 600 manat hissəsinin ödənilməsi təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3375
avatar

Mehman Nəbiyev

Oxşar yazılar