Şirniyyata görə  qardaşını döyüb xəstəxanalıq etdi
08 iyun 2023 14:50 (UTC +04:00)

Şirniyyata görə qardaşını döyüb xəstəxanalıq etdi

Moskvada gənc oğlan kiçik qardaşını döyüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, məktəbli oğlana beyin silkələnməsi diaqnozu qoyulub.

Məlumata görə, iki gün əvvəl axşam saatlarında qardaşlar analarının bişirdiyi pankeyki yeməyə hazırlaşırmış. Kimin daha çox parça alacağına qərar verə bilməyən qardaşlar arasında münaqişə yaranıb. Mübahisə nəticəsində gənc oğlan 13 yaşlı məktəblinin başına bir neçə zərbə endirib.

Xəstəxanaya aparılan uşağa beyin silkələnməsi, baş və boyun yumşaq toxumalarının göyərməsi diaqnozu qoyulub.

Hadisə ilə bağlı araşdırma aparılır.

# 1443
avatar

Oxşar yazılar