Qanunsuz gətirilən siqaretlər və narkotik
12 mart 2021 17:36 (UTC +04:00)

Qanunsuz gətirilən siqaretlər və narkotik

Siqaret qaçaqmalçıları tutuldu, birində narkotik də tapıldı

Dörd fakt üzrə siqaret və narkotik vasitənin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn "Mercedes-Benz", "Scania", "DAF" və "İveco" markalı yük avtomobilləri saxlanılıb.

Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən 5600 ədəd siqaret və "DAF" markalı yük avtomobilinin sürücüsünə məxsus gödəkçənin cibində isə qutusu ilə birgə çəkisi 21 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1365
avatar

Mehman Nəbiyev

Oxşar yazılar