Sevgili roluna girib hamını aldatdılar, Ankara terrorunun SİRRİ AÇILDI
25 oktyabr 2024 10:01 (UTC +04:00)

Sevgili roluna girib hamını aldatdılar, Ankara terrorunun SİRRİ AÇILDI

Türkiyənin paytaxtında terror törədənlər diqqət çəkməmək üçün Ankarada bütün kameraların önündən qucaqlaşaraq keçiblər, sanki bunlar sevgilidirlər. 

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, terrorçular PKK-nın dağ dəstəsindən olub. Onların "Rojger" kod adlı Əli Örek və Mine Sevjin Alçiçek olduğu müəyyən edilib. Özü də Türkiyəyə qeyri-qanuni yollarla daxil olublar. 

DNT analizi və üz tanıma prosesi əsasında adı çəkilən terrorçuların kimliyi müəyyən olunub. İzmir əsilli terrorçu Alçiçekin 2014-2015-ci illərdə Hakkaridə qaldığı, HDP-nin bölgə həmsədri vəzifəsində çalışdığı, 2015-ci ildə isə terror təşkilatına qoşulduğu öyrənilib. Alçiçek haqqında həbs qərarı çoxdan var idi.

Şırnakın İdil rayonunda qeydiyyatda olan Əli Örek haqqında "terror təşkilatına üzv olmaq, dövlətin birliyini və bütövlüyünü pozmaq" maddəsi ilə 2016-cı ildə həbs qərarı çıxarıldığı öyrənilib. 

Adı çəkilən terrorçular Kahramankazana çatanda diqqəti cəlb etməmək üçün əl-ələ tutaraq özlərini sevgili kimi göstəriblər. Terrorçular əvvəlcə kafeyə giriblər. Məlumata görə, əvvəlcə qadın terrorçu müştəri kimi taksiyə minərək qabaq oturacaqda əyləşib, daha sonra isə yolda kişi terrorçunu götürüblər. Şəhər mərkəzindən ayrıldıqdan sonra taksi sürücüsü Murat Arslanın kişi terrorçu tərəfindən boynundan vurularaq maşının baqajına qoyulduğu öyrənilib. 

Məkan yerində terrorçuların mühafizəçilərlə qarşıdurması olub. Qarşıdurmalar şiddətlənərkən qadın terrorçu özünü partladıb. Digər terrorçu isə qarşıdurma zamanı öldürülüb. Terrorçuların hücuma sursat arsenalı ilə gəldiyi müəyyən edilib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9152

Oxşar yazılar

Cəlilabadda ŞOK:  yoldan çiyələk   alan gənc oğlan qəfil öldü

Cəlilabadda ŞOK: yoldan çiyələk alan gənc oğlan qəfil öldü

16 avqust 2025 , 10:53
Bakıya xalasıgilə gələn  qız itkin düşdü

Bakıya xalasıgilə gələn qız itkin düşdü

16 avqust 2025 , 10:31
Zaqatalada müəmmalı ÖLÜM:  kəndlinin meyiti tapıldı

Zaqatalada müəmmalı ÖLÜM: kəndlinin meyiti tapıldı

16 avqust 2025 , 10:17
Bakıda evdə PARTLAYIŞ:  yaralanan var

Bakıda evdə PARTLAYIŞ: yaralanan var

16 avqust 2025 , 09:38
Gəncədə şagirdin meyiti  tapıldı

Gəncədə şagirdin meyiti tapıldı

16 avqust 2025 , 09:29
Goranboyda yanğın törədən kəndli saxlanıldı

Goranboyda yanğın törədən kəndli saxlanıldı

16 avqust 2025 , 09:23
Tovuzda zəlzələ   oldu

Tovuzda zəlzələ oldu

16 avqust 2025 , 09:10
Şəkidə 4 otaqlı ev yanıb kül oldu

Şəkidə 4 otaqlı ev yanıb kül oldu

16 avqust 2025 , 07:58