Sərxoş vəziyyətdə avtobus idarə edən sürücü həbs edildi
09 avqust 2025 10:00 (UTC +04:00)

Sərxoş vəziyyətdə avtobus idarə edən sürücü həbs edildi

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Ekoloji nəzarət postunda “Hyundai” markalı, 48-AC-144 dövlət qeydiyyat nişanlı avtobus nəzarət qaydasında saxlanılıb.

Qurumdan Lent.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsini idarə edən Abşeron rayonu sakini İsrafil Quliyevin alkoqollu içki qəbul etməsinə əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinə nəticəsində sürücünün sərxoş vəziyyətdə olduğu təsdiqlənib.

Sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə  İ.Quliyevin sürücülük hüququ məhdudlaşdırılmaqla o, 15 sutka müddətində inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xəbərdarlıq edir: Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hər bir sürücü həyatlarını onlara etibar etmiş insanlar qarşısında birbaşa məsuliyyət daşıyırlar. Bu sahədə çalışan şəxslər yol hərəkəti zamanı daim diqqətli, ayıq və məsuliyyətli olmalıdırlar. Sərxoş, yorğun, yuxusuz və ya səhhətində problem olduğu halda nəqliyyat vasitəsini idarə etmək daşınan sərnişinlərin həyatını qəsdən təhlükəyə atmaq deməkdir. Əmanət edilmiş həyatı qorumaq hər bir sürücünün borcudur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 444

Oxşar yazılar

Cəlilabadda çaqqal sakinlərə hücum etdi

Cəlilabadda çaqqal sakinlərə hücum etdi

9 avqust 2025 , 13:10
İsmayıllıda iki maşın toqquşdu: qadın öldü

İsmayıllıda iki maşın toqquşdu: qadın öldü

9 avqust 2025 , 13:01
Ağdaşda FACİƏ:  35 yaşlı kişini traktorda "tok"  vurub öldürdü - YENİLƏNİB

Ağdaşda FACİƏ: 35 yaşlı kişini traktorda "tok" vurub öldürdü - YENİLƏNİB

9 avqust 2025 , 12:43
Meşədə itən oğlan tapıldı - VİDEO

Meşədə itən oğlan tapıldı - VİDEO

9 avqust 2025 , 12:02
Nardaranda yolu keçən qadını "Prius" vurub öldürdü

Nardaranda yolu keçən qadını "Prius" vurub öldürdü

9 avqust 2025 , 11:43
Göyçayda zəlzələ oldu

Göyçayda zəlzələ oldu

9 avqust 2025 , 11:20
Tərtərdə AĞIR QƏZA:  3 nəfər öldü

Tərtərdə AĞIR QƏZA: 3 nəfər öldü

9 avqust 2025 , 09:45
Qəbələdə yanğın törədən saxlanıldı

Qəbələdə yanğın törədən saxlanıldı

9 avqust 2025 , 09:27