Narkotik qaçaqmalçıları
04 mart 2022 17:30 (UTC +04:00)

Narkotik qaçaqmalçıları

Sərhəddə narkotik qaçaqmalçısı olan qız və oğlan tutuldu - FOTO

Narkotik maddələrin ölkəyə keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, martın 4-də saat 4:20-də Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində ölkə ərazisinə narkotik vasitə­lərin qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhd göstərən 2 nəfər saxlanılıb.

Onların Bakı şəhər sakinləri 30 yaşlı Bədəlov Nur Məhərrəm oğlu və 32 yaşlı Hüseynova Gülnar Maqsud qızı olmaları müəyyən­ləşdirilib. Əllərindəki bağlamalara baxış zamanı içərisində təxmini çəkisi 15 kiloqram 985 qram narkotik vasitəyə (860 qram “tiryək”, 15 kq 10 qram “marixuana”, 60 qram “heroin”, 55 qram metamfetamin və 1650 ədəd “preqabalin” həbi) bənzər maddələraşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2652
avatar

Mehman Nəbiyev

Oxşar yazılar