Şəmkirdə yeniyetmə qəza törətdi, ölən var
27 mart 2024 11:03 (UTC +04:00)

Şəmkirdə yeniyetmə qəza törətdi, ölən var

Şəmkirdə yeniyetmə atasının maşınını aşırıb.

Lent.az-ın məlumatına görə, hadisə Yeni həyat kəndində qeydə alınıb.

2007-ci il təvəllüdlü Ayxan Amasov sürücülük hüququ olmadan atasına məxsus "VAZ 21 012"markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil aşıb. Qəzada Ayxan Amasov, sərnişinlər - 2009-cu il təvəllüdlü Turxan Alıyev və 1998-ci il təvəllüdlü Orxan Alıyev xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Orxan Əliyev orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

# 1689
avatar

Arzu Qurbanlı

Oxşar yazılar