Şəmkirdə evdə PARTLAYIŞ : bir ailənin 3 üzvü... -  YENİLƏNİB
07 aprel 2024 12:27 (UTC +04:00)

Şəmkirdə evdə PARTLAYIŞ: bir ailənin 3 üzvü... - YENİLƏNİB

Şəmkirdə baş verən partlayışda xəsarət alan az yaşlı Gəncədə yerləşən uşaq xəstəxanasına aparılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, digər xəsarət alan B.Mərdanovanın vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanaların birinə göndərilməsi nəzərdə tutulub.

 

***

11:15

 

Xəbərə foto əlavə edilib.

***

10:02

 

Şəmkirdə evdə qaz sızması nəticəsində partlayış olub.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Çaparlı kəndində qeydə alınıb.

1985-ci il təvəllüdlü B.Mərdanova, 2001-ci il təvəllüdlü A.Mərdanova və 2023-cü il təvəllüdlü R.Məhərrəmov müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerlədiriliblər. Yaralılardan B.Mərdanovanın vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, yaralılar evdə qaz sızması nəticəsində partlayış olması sızması nəticəsində xəsarət alıblar.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

# 3042
avatar

Oxşar yazılar