Şəkidə  maşının vurduğu   68 yaşlı qadın öldü
29 fevral 2024 18:29 (UTC +04:00)

Şəkidə maşının vurduğu 68 yaşlı qadın öldü

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, hadisə fevralın 29-u saat 17:30-da Şəki şəhəri ərazisində qeydə alınıb.

Murad Əfəndiyev idarə etdiyi “Lada Priora” markalı avtomobil ilə yolu keçən piyada, 68 yaşlı Əntiqə Fətəliyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
 

# 2178
avatar

Oxşar yazılar