Şəhid qardaşının döyülməsi ilə bağlı DİN-dən AÇIQLAMA
28 iyul 2022 09:48 (UTC +04:00)

Şəhid qardaşının döyülməsi ilə bağlı DİN-dən AÇIQLAMA

Son günlər özünü şəhid qardaşı kimi təqdim edən Elnur Həsənov adlı şəxs müsahibələr verərək polis bölməsinə əsassız aparıldığını, orada döyüldüyünü və təhqir edildiyini iddia edirdi.

İddialarla bağlı DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Lent.az-ın sorğusunu cavablandırıb. Qeyd edib ki, Elnur Həsənovun dedikləri tamamilə yalandır, polisi öz qanuni hərəkətlərindən çəkindirmək və törətdiyi qanunazidd əməlləri ört-basdır etmək məqsədi daşıyır. 

Belə ki, Suraxanı rayonunun Qaraçuxur qəsəbə sakini gənc qadın A.K uzun müddətdir ki, müxtəlif vaxtlarda yaşadığı rayonun polis idarəsinə, polis bölməsinə, eləcə də Bakı şəhər Baş Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə müraciət edərək uzaq qohumu olan Həsənov Elnur Mahal oğlunun dəfələrlə ona evlilik təklif etməsini, lakin hər dəfə rədd cavabı aldıqda onu narahat etdiyini, razılaşmayacağı təqdirdə isə ölümlə hədələdiyini bildirib.

Qadın ərizələrində E.Həsənovun ögey qardaşının şəhid olmasından sui-istifadə edərək heç kimdən qorxmadığını da qeyd edib. A.K-nın bütün müraciətləri qanunamüvafiq qaydada qeydə alınaraq həmin müraciətlər üzrə E.Həsənov polis orqanlarına dəvət edilir və onun barəsində profilaktiki və inzibati tədbirlər görülürdü. 

Lakin görülmüş profilaktiki və inzibati tədbirlərdən nəticə çıxarmayan Elnur Həsənov A.K-nın təqibini davam etdirdiyinə görə sonuncu növbəti dəfə Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək artıq intihar həddinə çatdığını bildirmiş, eləcə də şikayətçinin atası və qardaşı ərizə ilə müraciət edərək Elnur Həsənovun barəsində tədbir görülməsini xahiş ediblər. 

Bu müraciətlər əsasında Elnur Həsənov saxlanılıb və barəsində toplanmış materiallar ilə birlikdə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə E.Həsənov barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib.

# 2232
avatar

Aytəkin Cəlali

Oxşar yazılar

Bakıda  DSX -nin zabiti   döyüldü

Bakıda DSX -nin zabiti döyüldü

9 dekabr 2022 , 02:43
Sumqayıtda qadın  qazdan zəhərlənib öldü

Sumqayıtda qadın qazdan zəhərlənib öldü

9 dekabr 2022 , 00:32
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

8 dekabr 2022 , 22:04
Bayramda qonaq çox içdiyi üçün  öldürüb zirzəmiyə atdılar

Bayramda qonaq çox içdiyi üçün öldürüb zirzəmiyə atdılar

8 dekabr 2022 , 19:53
Təqaüdçüləri aldadıb pullarını ələ keçirdi - VİDEO

Təqaüdçüləri aldadıb pullarını ələ keçirdi - VİDEO

8 dekabr 2022 , 19:09
Alimpaşa Məmmədov  marallarının yemini   görün kimə aldırırmış?

Alimpaşa Məmmədov marallarının yemini görün kimə aldırırmış?

8 dekabr 2022 , 18:26
Azərbaycanda 2 uşaq anası özünü asdı

Azərbaycanda 2 uşaq anası özünü asdı

8 dekabr 2022 , 17:33
Mingəçevirdə  AĞIR QƏZA:  6 yaralı var

Mingəçevirdə AĞIR QƏZA: 6 yaralı var

8 dekabr 2022 , 16:13