"Saxla"  əmrinə tabe olmayan "avtoş"  tutuldu - FOTO
18 yanvar 2023 10:57 (UTC +04:00)

"Saxla" əmrinə tabe olmayan "avtoş" tutuldu - FOTO

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı yol hərəkəti qaydalarını və ictimai asayişi kobud şəkildə pozan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayonun Çayarxı kənd sakini Əmrah Qədimalıyev sürücülük hüququ olmadan idarə etdiyi əmisinə məxsus “VAZ-2107” markalı avtomobillə intizamsızlıq edərək qaydaları kobud şəkildə pozub. Yol polisinin “saxla” əmrinə tabe olmayan sürücü əməllərini davam etdirib və digər hərəkət iştirakçılarına da təhlükə yaradıb.

Görülmüş tədbirlərlə həmin şəxs saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilib və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə Əmrah Qədimalıyev 500 manat məbləğində cərimə edilib.

# 1935
avatar

Oxşar yazılar

Bakıda ər həkim xanımını bıçaqladı -YENİLƏNİB

Bakıda ər həkim xanımını bıçaqladı -YENİLƏNİB

5 may 2024 , 11:20
Bakıda yanğın:  1 nəfərin meyiti tapıldı

Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı

5 may 2024 , 09:21
Bakıda qəza törədən şəxslər jurnalistlərə HÜCÜM ÇƏKDİ -FOTO -VİDEO

Bakıda qəza törədən şəxslər jurnalistlərə HÜCÜM ÇƏKDİ-FOTO-VİDEO

5 may 2024 , 03:19
Bakıda "BMW" ilə "Khazar" toqquşdu

Bakıda "BMW" ilə "Khazar" toqquşdu

5 may 2024 , 01:44
Azərbaycanda  tələbə   vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

4 may 2024 , 19:07
Astarada velosipedçi çaya düşüb öldü

Astarada velosipedçi çaya düşüb öldü

4 may 2024 , 18:51
Polis zabiti məhkəmə zalında həbs olundu

Polis zabiti məhkəmə zalında həbs olundu

4 may 2024 , 17:31
Lənkəranda uşağın əli ətçəkən maşında  qaldı

Lənkəranda uşağın əli ətçəkən maşında qaldı

4 may 2024 , 16:35