Şamaxı və Xızı rayonlarında yenidən zəlzələ olub.
Bu barədə Lent.az-a Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, zəlzələ yerli vaxtla 16:04-də 4 km dərinlikdə baş verib.
Zəlzələ hiss olunmayıb.
***
16:15
Şamaxı və Xızı rayonlarında zəlzələ olub.
Bu barədə Lent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
7 km dərinlikdə qeydə alınan zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.