Şabranda qatarla toqquşan traktor kişinin üstünə aşıb öldürdü
25 mart 2023 10:04 (UTC +04:00)

Şabranda qatarla toqquşan traktor kişinin üstünə aşıb öldürdü

Şabranda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a bildirilib ki, Martın 25-də saat 9:30-da Şabran rayonu Uzunboyad kəndi ərazisində qatarla traktorun toqquşması ilə bağlı polisə məlumat daxil olub.

İlkin məlumata görə toqquşma nəticəsində traktor 45 yaşlı Nemət İsgəndərovun üzərinə aşıb. O, hadisə yerində  ölüb.

Araşdırma aparılır.

# 2322
avatar

Oxşar yazılar