Rusiyanın beynəlxalq axtarışa verdiyi şəxs Azərbaycanda tutulub.
Lent.az-ın məlumatına görə, Azərbaycan əsilli 30 yaşlı Rüfət Qurbanov dələduzluqda təqsirli bilinir.
Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu (dələduzluq) maddəsilə cinayət işi başlanıb.
Lakin o, istintaqdan yayındığı üçün hüquq-mühafizə orqanları tərəfindən barəsində beynəlxalq axtarış elan olunub.
Rusiyanın sorğusu əsasında R. Qurbanovun Bakı şəhərində gizləndiyi müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb.