Rusiyanın Krasnodar vilayətində yüzə yaxın əsgər hərbi hissədən qaçmağa cəhd edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hərbçilər hasarı sındıraraq hərbi komendantlıq ərazisinə daxil olublar. Əvvəlcə onlar silahlı olmayıblar.
Komendantlıq ərazisi Rusiya Milli Qvardiyasının qüvvələri və polis maşınları tərəfindən mühasirəyə alınıb. Lakin 7 hərbçi qaçmağa müvəffəq olub. Onlardan 4-ü saxlanılıb, 3 nəfər isə gizləndiyi üçün axtarışlar davam etdirilir.