Rövşən Lənkəranskinin yaxın adamını öldürənin məhkəməsi başlayır
13 yanvar 2021 14:13 (UTC +04:00)

Rövşən Lənkəranskinin yaxın adamını öldürənin məhkəməsi başlayır

Bakıda kriminal avtoriteti qətlə yetirməkdə təqsirləndirilən Aslan Sadıqovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lent.az-ın məlumatına görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əlövsət Abbasovun icraatına verilib.

Hadisə 2020-ci il iyulun 2-də, saat 23 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində 41 yaşlı Mail Mustafayevin bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisəni zərərçəkmişin tanışı, 31 yaşlı Aslan Sadıqovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Onu da qeyd edək ki, qətlə yetirilən Mail Mustafayev kriminal aləmdə “Hövsanlı Mayıl”, “Mayıl Naxçıvanski” kimi tanınıb. O, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayıb. M.Mustafayevin mərhum "qanuni oğru" Rövşən Lənkəranskinin yaxın adamlarından olduğu bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2103
avatar

Mehman Nəbiyev

Oxşar yazılar