Restoranda kütləvi dava : 2 nəfər bıçaqlandı
10 iyun 2022 01:02 (UTC +04:00)

Restoranda kütləvi dava: 2 nəfər bıçaqlandı

Novxanı qəsəbəsində kütləvi dava düşüb.

Lent.az xəbər verir ki, hadisə Novxanı-Corat şossesində yerləşən iaşə obyektlərinin birində qeydə alınıb.

Bir neçə nəfərlə əlbəyaxa dava edən 1992-ci il təvəllüdlü Abulov Həmid Əlipaşa oğlu və 1990-cı il təvəllüdlü Əliyev Namid Natiq oğlu bıçaqlanıb. Onların hər ikisi bədənin çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Nurlan Əli
 

# 2019
avatar

Oxşar yazılar