Rayonda toya gələnlər şənlənə bilmədilər
14 aprel 2021 09:05 (UTC +04:00)

Rayonda toya gələnlər şənlənə bilmədilər

Yevlax rayon Polis Şöbəsinin əməkdaşları rayon sakini Taleh Həsənov yaşadığı evdə qonaqların iştirakı ilə öz övladına toy məclisi təşkil etdiyi müəyyən edib. 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, həmin ünvana baxış keçirilən zamanı sanitar epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. 

Polis əməkdaşları qayda pozuntusuna yol vermiş 5 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1395
avatar

Oxşar yazılar