Rayon xəstəxanasındakı qanunsuzluqlarla bağlı CİNAYƏT İŞİ  - RƏSMİ
18 may 2021 19:02 (UTC +04:00)

Rayon xəstəxanasındakı qanunsuzluqlarla bağlı CİNAYƏT İŞİ - RƏSMİ

Bəzi kütləvi informasiya vasitələrində Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında və Siyəzən Müalicə diaqnostika Mərkəzində yoxlamalar aparılarkən kobud qanun pozuntularına yol verilməsinin müəyyən edilməsi ilə əlaqədar toplanmış materialların Baş Prokurorluğa göndərilməsi barədə məlumatlar yayılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Xaçmaz Rayob Mərkəzi Xəstəxanasında agentliyin apardığı yoxlamalar nəticəsində həmin xəstəxanada xəstələrə keyfiyyətsiz qida məhsullarının verilməsi, həmin qida məhsullarının çəkisinin şişirdilmiş şəkildə göstərilərək mənimsənilməsi və digər qanun pozunutuları aşkar edilib.

Baş Prokurorluqda toplanmış materialların öyrənilməsi nəticəsində fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün Xaçmaz rayon Prokurorluğuna göndərilib.

Bundan başqa, AQTA Siyəzən Müalicə diaqnostika Mərkəzində yoxlamalar apararkən eyni qəbildən olan qanun pozuntularının aşkar edilməsi faktı ilə bağlı Siyəzən rayon Prokurorluğunda hazırda araşdırma aparılır.

Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.

# 2346
avatar

Oxşar yazılar