Ramiz Mehdiyevin köməkçisi barəsində 30 sutka HƏBS QƏRARI  - TƏFƏRRÜATLAR
15 fevral 2022 12:55 (UTC +04:00)

Ramiz Mehdiyevin köməkçisi barəsində 30 sutka HƏBS QƏRARI - TƏFƏRRÜATLAR

Ramiz Mehdiyevin köməkçisi Eldar Əmirovun həbsinin təfərrüatları məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, E.Əmirov ötən həftə “Bandotdel” tərəfindən saxlanılıb. Onun barəsində çoxsaylı şikayətlər olub. 

Şikayətlər əsasən E.Əmirovun işə düzəltmək adı ilə pul yığması ilə bağlıdır. İddia olunur ki, o, pul ilə işə adam düzəldirmiş. 

Lakin E.Əmirovun başqa əməllərinin də üstünün açılacağı istisna edilmir. 

Əldə etdiyimiz daha bir məlumata görə isə E.Əmirov barəsində artıq məhkəmə qərarı da var. 

Belə ki, məhhkəmənin qərarı ilə E. Əmirov barəsində 30 sutka həbs qərarı çıxarılıb. 

***

saat 12:09

Ötən gün AMEA prezidenti Ramiz Mehdiyevin köməkçisi, AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirovun saxlanılması barədə xəbər vermişdik.

Lent.az-ın əldə etdiyi məlumata görə, Eldar Əmirov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Lent.az-a faktı təsdiqləyib.

O bildirib ki, idarəyə Eldar Əmirov barəsində şikayət daxil olub və o, araşdırma məqsədi ilə saxlanılıb.

Hazırda araşdırmalar davam etdirilir.

# 9894
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

18 may 2024 , 16:09
İntihara cəhd edən Dilarədən ETİRAF

İntihara cəhd edən Dilarədən ETİRAF

18 may 2024 , 14:27
Dələduzluğa görə axtarışda olanlar tutuldu

Dələduzluğa görə axtarışda olanlar tutuldu

18 may 2024 , 14:21
Sumqayıtda itkin düşən ana və 2 övladı  tapıldı

Sumqayıtda itkin düşən ana və 2 övladı tapıldı

18 may 2024 , 13:46
Tərtərdə qız öz evindən  oğurluq etdi

Tərtərdə qız öz evindən oğurluq etdi

18 may 2024 , 13:15
Lökbatanda "Prius" "KamAZ"la  toqquşdu: 1 ölü, 4 yaralı

Lökbatanda "Prius" "KamAZ"la toqquşdu: 1 ölü, 4 yaralı

18 may 2024 , 12:24
Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

18 may 2024 , 12:19
Bakıda itkin düşənlər tapıldı

Bakıda itkin düşənlər tapıldı

18 may 2024 , 12:00