Qubada  XÜSUSİ ƏMƏLİYYAT:   Oğru dəstəsi tutuldu - FOTO
24 noyabr 2021 17:23 (UTC +04:00)

Qubada XÜSUSİ ƏMƏLİYYAT: Oğru dəstəsi tutuldu - FOTO

Qubada keçirilən silsilə əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Xəyyam Mirişov, Sumqayıt şəhər sakinləri Həsənalı Piriyev, Şamxal Köçərli və Salyan rayon sakini Emin Muradov saxlanılıblar.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən xəbərə görə, onlar rayonun Barlı kəndində yerləşən “Qazax sement zavodu”nun qum-çınqıl karxanasından, texnikalara aid ehtiyyat hissələri oğurladıqlarını etiraf ediblər. Saxlanılanların üzərindən və E.Muradovun avtomobilindən bükülülərdə narkotik vasitə olan heroin, marixuana aşkar edilərək götürülüb.

Digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Tamerlan Məmmədov saxlanılıb. Onun tanışına məxsus avtotəmir obyektindən müştəriyə məxsus “Mersedes E124” markalı avtomobilin hissələrini oğurladığı müəyyən olunub.

Faktlara bağlı rayon Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2937
avatar

Mehman Nəbiyev

Oxşar yazılar