Qubada avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Lent.az xəbər verir ki, hadisə dekabrın 23-də Quba şəhərində baş verib.
22 yaşlı Hüseynov Musa Namiq oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobillə 83 yaşlı Məmmədov Rafiq Hilal oğlunu vurub. Yaralı aldığı xəsarətlərdən dekabrın 26-da Quba rayon Mərkəzi Xəstəxanasında ölüb.
Faktla bağlı cinayət işi başlanıb.