“Qazaxıstanda qəzaya uğrayan AZAL təyyarəsi Ukraynada terror aktları ilə əlaqədar tətbiq edilən “Xalça” rejimi ilə əlaqədar Qroznıya planlaşdırıldığı kimi enə bilməyib”.
Lent.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri bildirib.
Bundan başqa, təyyarənin qəzaya uğradığı saatlarda Qroznı yaxınlığında vəziyyət çətin olması ilə bağlı Rusiya telegram kanalları məlumat yayıb. Məlumatda bildirilir ki, Rosaviatsia Ukrayna pilotsuz uçan aparatlarının terror hücumları səbəbindən “Xalça” planı tətbiq edildiyini qeyd edib.